• cümə axşamı, 28 mart, 20:52
  • Baku Bakı 13°C

Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək

15.04.17 10:45 1078
Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.
"Report”un məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.
Həftənin açılış matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə "Zirə” arasında olacaq. Bu duel Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə böyük önəm kəsb edir. Çünki hazırda 32 xalla "dördlüy”ü qapayan qonaqlar ən yaxın izləyiciləri olan meydan sahiblərini cəmi bir xal qabaqlayırlar. Bu isə o deməkdir ki, "Sumqayıt” qalib gələcəyi halda "Zirə”ni geridə qoyacaq.
"Neftçi”nin isə AZAL ilə oyuna hansı əhval-ruhiyyədə çıxacağı Sumqayıtdakı görüşdən asılı olacaq. Çünki "gənclər şəhəri”ndə qonaqlar 3 xal əldə edəcəkləri təqdirdə "ağ-qaralar” Avropa Liqasına vəsiqə qazanmaq üçün nəzəri şanslarını da itirəcəklər. Bunun baş verməməsi üçün şəxsi görüşlərin ümumi nəticəsinə görə "Neftçi”dən üstün olan "Zirə”nin büdrəməsi zəruridir.
Azərbaycan Premyer Liqası, XXVI tur
15 aprel (şənbə)
16:30 "Sumqayıt” – "Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim inspektor: Məlik Həsənov
"Kapital Bank Arena”
İlk üç dövrə - 1:0, 1:0, 0:1
18:30 "Neftçi” – AZAL
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Bakcell Arena”
İlk üç dövrə - 2:0, 0:1, 1:0
banner

Oxşar Xəbərlər