• cümə axşamı, 25 aprel, 08:26
  • Baku Bakı 14°C

Azərbaycan Polşada keçirilən mədəniyyət tədbirində təmsil olunub

25.09.16 11:23 1119
Azərbaycan Polşada keçirilən mədəniyyət tədbirində təmsil olunub
Polşanın paytaxtı Varşava şəhərində "Varşava mozaikası” adı altında mədəniyyət günü keçirilib.
"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, tədbirdə ölkəmizi "Polşada Azərbaycanlı Gənclər Şurası” təmsil edib.
Qonaqlara Azərbaycanın milli yeməkləri, ləziz şirniyyatları, ölkəmizin istehsalı olan şirələr təklif edilib. Bununla yanaşı Azərbaycanın mədəniyyəti, incəsənəti, turizmini özündə əks etdirən jurnallar və bukletlər də paylanılıb. Polşada yaşayan həmvətənlərimizin ifasında canlı musiqi və milli rəqslər alqışlarla qarşılanıb.
"Avropa Gənclər Evi”nin təşkilatçılığı ilə keçirilən "Varşava mozaikası” mədəniyyət günündə Polşa, Azərbaycan, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan və Moldova iştirak edib.
banner

Oxşar Xəbərlər