• cümə, 19 Aprel, 09:03
  • Baku Bakı 13°C

Azərbaycan poeziyasının ruhu Londonun aparıcı “Foyles” kitab mağazasında

06.06.17 10:20 1991
Azərbaycan poeziyasının ruhu Londonun aparıcı “Foyles” kitab mağazasında
Azərbaycanın zəngin ədəbi irsi-poeziyaxəzinəsinin inciləribu günlərdə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş Azərbaycan – Britaniya Poeziya Gecəsində diqqət mərkəzində olub. Poeziya sevərləri bir araya gətirən tədbir 1903-cü ildə fəaliyyətə başlamış Londonun ən məşhur kitab mağazası olan "Foyle” də keçirilib. Gecədə 100-dən artıq ədəbiyyat sevərlər və Azərbaycanın dostları iştirak edib. Azərbaycan Yazıçılar Birliyininьzvь, şairə Nigar Həsənzadənin aparıcılığı ilə keçən tədbirdə Azərbaycanın klassik və müasir şairlərinin ingilis dilinə tərcümə edilmiş şerləri səsləndirilib. Şerlər Ayan Salahova (piano) və Əttab Həddadın (ud) ifasında ecazkar musiqi ilə müşayiət olunub. Şer oxuyanlar arasında Britaniyanın tanınmış televiziya aparıcılarından biri Bekenhamdan Baronessa Benjamin da var idi.

Gecədə Azərbaycanın böyük poeziya ustaları Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Vaqif Səməoğlu, Mikayıl Müşfiq və Əhməd Cavadın seçilmiş şerləri səsləndirilib.

Britaniya poeziyasını təmsil edənlər arasında şairə, romançı, pyes yazıçısı və tərcüməçi Eleyn Feinstayn, şair, romançı və tənqidçi Rut Padel, şairə, yazıçı, "PoetryFest” festivalının təsisçi direktoru, "Orient Express” jurnalının təsisçi redaktoru Fiona Sampson, şair, sennarist, romançı Devid Harsent olmuşdur.

Britaniyada təhsil alan tələbə Tural Qafarlı müasir ingillisdilli azərbaycanlı şairə Leyli Salayevanın "Slopes of Hopes” (Ümidlərin yamacları) adlı şerini oxuyub. Bu zaman arxa fonda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ regionundan arxiv görüntülər və Qarabağdan olan uşağın ifa etdiyi muğam parçası səsləndirilib. Burada diqqət Dağlıq Qarabağın Şuşa şəhərinə cəlb edilir.

Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin direktoru Cek Peqoraro: "Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır və bir çoxları Britaniyanın bu gözəl ölkə ilə nə qədər ortaq nöqtələri olduğunu bilmir. Bu cür tədbirlər bizim oxşarlıqları qeyd etməyə və hər iki ölkənin heyrətamiz ədəbi və musiqi mədəniyyəti ilə yaxından tanış olmaq imkanını yaradır.”


banner

Oxşar Xəbərlər