• cümə, 29 Mart, 12:21
  • Baku Bakı 14°C

Azərbaycan paralimpiya cüdo komandası Avropa çempionatında 7 medal qazanıb

05.08.17 22:07 1744
Azərbaycan paralimpiya cüdo komandası Avropa çempionatında 7 medal qazanıb
Milli Paralimpiya Komitəsinin (MPK) cüdo idman növü üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında öz görüşlərini yekunlaşdırdılar. MPK-danAPA-ya verilən xəbərə görə, komandanın bütün üzvləri görüşlərini uğurla yekunlaşdırıblar.
Millimiz ümumi 4 qızıl (İlham Zəkiyev, Rövşən Səfərov, Vəliyeva Sevda və Hüseynova Xanım) 1 gümüş (Bayram Mustafayev) və 2 bürünc medal (Ramil Qasımov, Hüseyn Rəhimli və Bayram Mustafayev) qazanıblar.
banner

Oxşar Xəbərlər