• çərşənbə axşamı, 16 aprel, 15:20
  • Baku Bakı 19°C

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn edilib

14.01.21 12:43 355
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn edilib
Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu,2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.
APA-nın yerli bürosununməlumata görə, Murovdağistiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseyn Əliyevin nəşi Tovuz rayonuna aparılıb. Vida mərasimindən sonra şəhid doğulduğu Əsirik-Cırdaxankəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Əliyev Hüseyn Sahib oğlu Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər