AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir

Təfsilat
24 Sentyabr 2020, 12:00 137
Azərbaycan Ordusunun maddi-texniki bazası ən yüksək səviyyədədir və ən müasir silahlarla təchiz olunub.
Bunu Trend-ə açıqlamasında Aprel döyüşlərinin iştirakçısı, Qarabağ əlili Emin Həsənov deyib. Aprel döyüşlərində yaralanan qazinin sözlərinə görə, Azərbaycan xalqı öz orudusuna daim güvənib və bu güvən də hər gün artmaqdadır:
"Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Hazırda Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. İştirak etdiyim Aprel döyüşlərində də Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirdi, düşmənə lazımı cavab verərək onu geri oturtdu”.
E. Həsənov əlavə edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaratmışlar.