• çərşənbə, 17 Aprel, 03:08
  • Baku Bakı 14°C

Azərbaycan ombudsmanı moldovalı həmkarı ilə bağlı bəyanat verdi

23.08.13 09:26 1309
Azərbaycan ombudsmanı moldovalı həmkarı ilə bağlı bəyanat verdi
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ombudsman Elmira Süleymanova verib. O deyib ki, Aurelia Qriqorunun ermənilər tərəfindən terrorla hədələnməsi ilə bağlı Azərbaycan dünya birliyinə müraciət etməlidir: “Sentyabrın 2-də və 5-də Kiyev şəhərində Avropa Birliyinin təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində tədbir keçiriləcək. Orada bu məsələni qaldıracağam. Tərəfdaşlıq ən əvvəl qarşılıqlı etibara, dəstəyə əsaslanmalıdır. Biz bunu praktik olaraq həyata keçirmiriksə, belə müzakirələrin nə mənası var?!”
E. Süleymanova qeyd edib ki, Ermənistan hökuməti və xalqı artıq öz yanaşmaq tərzini və əxlaqını dəyişməlidir: “Onlar dərk etməlidirlər ki, bu münaqişə uzansa belə, bunun sonu sülhdür, torpaqların qaytarılmasıdır və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu isə təkcə Azərbaycana yox, Ermənistana da, regiona da, bütün dünyaya da xeyirdir. Dövlətlərin siyasətində belə bir dönüş əmələ gəlsə, bu bütövlükdə davamlı inkişaf üçün böyük dəstək olacaq”.
banner

Oxşar Xəbərlər