• cümə, 29 Mart, 15:23
  • Baku Bakı 14°C

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının sessiyasında iştirak edib - Fotolar

28.03.17 19:35 699
Azərbaycan nümayəndə heyəti Avropa Şurasının sessiyasında iştirak edib - Fotolar
Martın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin "Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir. Bu barədə Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. H.Hüseynov bildirib ki, sessiya öz işinə başlamazdan öncə ilk olaraq 27 mart tarixində Avropa Şurasında təmsil olunan partiyaların görüşü keçirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri aid olduqları müvafiq partiyaların iclaslarında iştirak ediblər. 32-ci sessiyanın birinci günündə, yəni 28 mart tarixində Konqresin plenar iclası baş tutub. İclası Konqresin prezidenti Qudrun Mosler-Ternstrem açaraq gündəlik məsələləri səsləndirib. Sessiyanın gündəliyində duran məsələlər - Konqresin 2018-2019-cu illərə dair büdcənin təsdiqi və resurların müəyyənləşdirilməsi ətrafında Fransa Respublikasının və Rusiya Federasiyasının nümayəndələri çıxış ediblər. Daha sonra Avropa Şurasının baş katibi Turbyorn Yaqland bəyanatla çıxış edib və ona ünvanlanan suallara cavab verib. Bələdiyyə sədri sonda qeyd edib ki, plenar iclasdan sonra Qaraçay-Çərkəz Respublikası günlərinə həsr olunmuş tədbirlərə start verilib.


banner

Oxşar Xəbərlər