• cümə, 29 Mart, 19:38
  • Baku Bakı 14°C

Azərbaycan neftinin qiymətləri dəyişdi

26.02.20 12:51 1151
Azərbaycan neftinin qiymətləri dəyişdi
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-də 57,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 56,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 56,17 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər