• cümə axşamı, 25 aprel, 23:35
  • Baku Bakı 21°C

Azərbaycan neftinin qiyməti dəyişdi

07.01.20 12:37 726
Azərbaycan neftinin qiyməti dəyişdi
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 6-da 71,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,63 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,17 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,96 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər