• cümə axşamı, 18 aprel, 18:31
  • Baku Bakı 21°C

“Azərbaycan NATO üçün çox böyük işlər görür”

08.07.14 08:56 1206
“Azərbaycan NATO üçün çox böyük işlər görür”
NATO uzaq ölkələrdə də vacib işlər görür. Belə layihələrdən biri də Azərbaycanla tərəfdaşlıq çərşivəsində reallaşır. NATO bununla öz tərəfdaşlığını nümayiş etdirir. Trend xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasimdə bildirib.
C.Appaturay deyib: "Azərbaycan NATO üçün çox böyük işlər görür. Biz bunu qiymətləndiririk. Biz də NATO olaraq Azərbaycana öz töhfəmizi vermək istəyirik. Azərbaycan Əfqanıstana çox kömək edir. NATO çərçivəsində deyil, ümumiyyətlə Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq davam edir. Bu da NATO ilə Azərbaycan arasında yaxşı tərəfdaşlığın bariz nümunəsidir".
Xüsusi nümayəndə qeyd edib ki, NATO-nun yeni bir neçə proqramı təsdiq ərəfəsindədir: "Biz yeni platformada iştiraka bir çox ölkələri də dəvət edəcəyik. Bu, əməkdaşlığı davam etdirmək üçün yeni sıx forum olacaq. Azərbaycanla yeni platformanın davam etdirilməsi barədə qərarımızı vermişik".
banner

Oxşar Xəbərlər