• çərşənbə, 24 Aprel, 03:37
  • Baku Bakı 14°C

Azərbaycan müstəqil siyasət yürüdür, heç kimin hədə-qorxusundan qorxmur

04.09.20 14:15 699
Azərbaycan müstəqil siyasət yürüdür, heç kimin hədə-qorxusundan qorxmur
"Suriya və Livan ərazilərindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi nə birinci, nə də sonuncu hadisədir. Ancaq ermənilər anlamalıdır ki, onlar bu torpaqların tarixi sakinləri deyillər və bir gün mütləq işğal olunmuş ərazilərimizdən çıxmalıdırlar”.
Bu fikirləri "Yeni Tv”nin canlı efirində Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib.
O qeyd edib ki, dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır: "Bu gün ermənilər adı çəkilən ölkələrdən tarixi torpaqlarımıza yerləşdirilir. Amma bu vətən müvəqqətidir. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bu torpaqlardan ermənilər hansı yolla olursa olsun mütləq çıxmalıdır. Sülh yolu ilə bu baş versə, daha yaxşıdır. Bu baş verməsə, güc yolu ilə ermənilər ərazilərimizdən çıxarılacaq. Bunun üçün Azərbaycanın əlində hər bir imkan var”.
A.İsgəndərov bildirib ki, 90-cı illərin əvvəlində iqtisadiyyatı, hərbi gücü zəif olan Azərbaycan bu gün güclü dövlətdir: "Ölkə başçısı İlham Əliyev ötən gün Yunanıstanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən ortaya qoyduğu mövqe göstərdi ki, Azərbaycan müstəqil siyasət yürüdür, heç kimin hədə-qorxusundan çəkinmir. Əksinə bu gün Azərbaycanla hamı hesablaşır”.
"Biz istəyirik ki, ermənilərin tarixi ərazilərimizə köçürülməsinə beynəlxalq aləm kəskin etirazını bildirsin. Bunu gözləməyək. Amma artıq biz o gücün sahibiyik ki, öz işimizi özümüz görək. Bu istiqamətdə işlərimiz gedir. Tarixdə də belədir. Mübarizə nəticəsiz qalmır”, - deyə A.İsgəndərov vurğulayıb.
banner

Oxşar Xəbərlər