“Azərbaycan musiqisi və muğamı günləri”
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi, Özbəkistan Mədəniyyət Nazirliyi, Respublika Muğam Mərkəzinin
dəstəyi ilə Daşkənddə Mukimi adına Dövlət
Musiqili Teatrda təşkil edilən tədbirdə ölkənin mədəniyyət, incəsənət xadimləri,
ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərin
müəllim və tələbələri, çoxsaylı media qurumlarının nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbirdə "Azərbaycan – Şərqin konservatoriyası” adlı sərgi, ölkəmizin zəngin musiqi ənənələri, muğam sənəti haqqında iştirakçılara məlumat verilib.
Daha sonra tamaşaçıların qarşısına müxtəlif vaxtlarda "Şərq təranələri” beynəlxalq musiqi Festivalının Azərbaycanlı qaliblərinin möhtəşəm konsert proqramı təqdim edilib.
Sonda Beynəlxalq "Şərq təranələri” musiqi Festivalı Azərbaycandan olan qaliblərinin birgə "Qarabağ şikəstəsi”ni ifa ediblər. Tədbirə maraq böyük olub və yerli KİV-lər vasitəsi ilə geniş işıqlandırılıb.
İlk öncə tədbirdə "Azərbaycan – Şərqin konservatoriyası” adlı sərgi, ölkəmizin zəngin musiqi ənənələri, muğam sənəti haqqında iştirakçılara məlumat verilib.
Daha sonra rəsmi açılış mərasimində çıxış edən Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin
birinci katibi Samir Abbasov Şərqin zəngin musiqi ənənələrinə malik, təkrarsız
Azərbaycan incəsənəti haqqında danışmış, muğam sənəti, onun dünyaya tanıdılması
ilə əlaqədar həyata keçirilən layihələr barədə məlumat verib. O, bu istiqamətdə
Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində
reallaşdırdığı təqdimat mərasimləri barədə danışıb. Şərqdə ilk operanın əsasını
qoyan, böyük mədəniyyət, ədəbiyyat yaradan xalqımızın istedadı, onun bəşər mədəniyyətinə
verdiyi töhvələrdən danışan diplomat "Azərbaycan
musiqisi və muğamı günləri” tədbirləri çərçivəsində Daşkənd və Səmərqənd şəhərlərində
Azərbaycan musiqiçiləri, muğam ustalarının konsert proqramının təşkil
edildiyini söyləyib.
Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyətinin rəhbəri Erkin Nuriddinov, Özbəkistanın Respublika Muğam Mərkəzinin
direktoru, professor Saibcon Bekmatov 1997-ci ildən Özbəkistanda hər iki ildən
bir keçirilən Beynəlxalq "Şərq təranələri” musiqi Festivalıda dünyanın 80 ölkəsinin
musiqiçiləri arasında daim Azərbaycan musiqiçilərinin fərqləndiklərini, yüksək
mükafatlara layiq görüldüklərini qeyd edərək, bu hadisənin təsadüfi olmadığını,
bir daha Azərbaycanın zəngin mədəniyyətə, musiqi sənətinə malik olduğunu sübut
etdiyini söyləyiblər. Daha sonra tamaşaçıların qarşısına müxtəlif vaxtlarda "Şərq təranələri” beynəlxalq musiqi Festivalının Azərbaycanlı qaliblərinin möhtəşəm konsert proqramı təqdim edilib.
Azərbaycan Respublikasının xalq artistləri Simarə
İmanova, Zabit Nəbizadə, əməkdar artist, tarzən Sahib Paşazadə, gənc muğamçı Pərviz
Qasımov Azərbaycan xalq mahnıları, muğamlarımızı ifa ediblər. Onları əməkdar
artistlər Malik Mansurov – tarda,
nağarada Kamran Kərimov, kamançada isə Elnur Mikayılov müşaiyət ediblər.
Konsert proqramı iştirakçılar tərəfindən yüksək
qiymətləndirilib və onların alqışları ilə qarşılanıb. Sonda Beynəlxalq "Şərq təranələri” musiqi Festivalı Azərbaycandan olan qaliblərinin birgə "Qarabağ şikəstəsi”ni ifa ediblər. Tədbirə maraq böyük olub və yerli KİV-lər vasitəsi ilə geniş işıqlandırılıb.