AZE | RUS | ENG |

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru dəyişib

Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub. Bakı Mühəndislik Universitetindən APA-ya verilən xəbərə görə, "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. B.Hüseynzadənin prorektor təyinatı ilə bağlı əmr martın 15-də imzalanıb. O, humanitar məsələlərə nəzarət edəcək.
 
Keçmiş Qafqaz Universitetinin prorektoru Həmidağa Orucov yenidən tədris işləri üzrə prorektor vəzifəsini icra edəcək.
 
Ali məktəbin digər prorektoru Havar Məmmədov isə müvəqqəti olaraq rektor səlahiyyətlərini icra edir.
 
Jurnalist Nurəddin Heydərov isə "Azərbaycan müəllimi" qəzetinə baş redaktor təyin olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6951
GBP 1 İngilis funt sterlinqi 2.3826
TRY 1 Türk lirəsi 0.4183
KWD 1 Küveyt dinarı 5.6623
SEK 1 İsveç kronu 0.2011
EUR 1 Avro 2.0862
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7000