AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan millisinin baş məşqçisi:

Azərbaycan millisinin baş məşqçisi: "İstəyirdik, bir az fərqli oyun göstərək"

İdman
10 Oktyabr 2020, 20:21 702

"İstəyirdik ki, bir az fərqli oyun göstərək. Qalib gəlməyə çalışırdıq”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
 
İtaliyalı mütəxəssis Millətlər Liqasının III turunun Monteneqro ilə səfərdəki oyunu barədə fikirlərini açıqlayıb: "Buna baxmayaraq, oyunun əvvəlində erkən qol buraxdıq. Künc zərbəsindən qapımıza vurulan topu buraxmaya da bilərdik. Monteneqro yığması az şans əldə etsə də, bundan yararlandı. İlk yarıda imkanlarımızdan aşağı oynadıq. Bu da yaxşı hal deyir. Oyunu daha soyuq başla analiz edəcəyik”.

De Byazi Maksim Medvedevin əvəzlənməsi və ikinci hissədəki oyuna da toxunub: "Zədənin nə dərəcədə ciddi olduğunu indidən söyləmək çətindir. Yaxşı oyun göstərdi. Amma zədələndi. O, bizim üçün vacib oyunçudur. İlk yarıdan sonra heç də yaxşı olmadı. Çalışdıq ki, öz oyunumuzu göstərək. Amma öz qapımıza qol vurduq”.
 
Qeyd edək ki, C liqasının 1-ci qrupunun Monteneqro – Azərbaycan oyununda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb