• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

Azərbaycan millisi Avropa reytinqində irəliləyib

03.07.13 08:43 1393
Azərbaycan millisi Avropa reytinqində irəliləyib
Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümündə ilk dəfə açıqlanan siyahıda ciddi dəyişikliklər olmayıb.
İyulun 2-də baş tutan Çempionlar Liqasının 2, Avropa Liqasının 4 oyununun əksini tapdığı cədvəldə Azərbaycan irəliləyişə nail olub. Mövsümün startı ərəfəsində 32-ci olan ölkəmiz 1 pillə irəliləyərək bizim üçün görünməmiş mövqeyə - 31-ci pilləyə yüksəlib.
Bu uğur “Xəzər Lənkəran” və “Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində keçirdikləri ilk oyunların nəticələri hesabına mümkün olub. Lənkəranlılar Maltada “Slima” ilə heç-heçə etməklə Azərbaycanın hesabına 0,125 xal əlavə edib. Makedoniyada “Metallurq” (Skopye) üzərində 1:0 hesablı qələbə qazanan “Qarabağ” isə aktivimizə 0,250 xal gətirib.
Əldə olunan bu 0,375 xal sayəsində ölkəmizin əmsalı 8,250-yə çatıb. Belə irəliləyiş sayəsində Gürcüstanı arxada qoyan Azərbaycan 31-ci pilləyə yüksəlib. Artıq 4-cü “onluğ”un ilk sırasında olan ölkəmiz ilk “30-luğ”a da iddia edir. 30-cu olan Sloveniyadan cəmi 0,125 xal geridə olduğumuzdan cəmi 1 heç-heçə balkanlılara çatmağa imkan verir. Təbii ki, sloveniyalılarla müqayisədə artıq əldə olunacaq heç-heçə.
...25 Norveç 11.675
26 Serbiya 11.625
27 Macarıstan 10.750
28 Bolqarıstan 10.000
29 Slovakiya 9.375
30 Sloveniya 8.375
31 Azərbaycan 8.250
32 Gürcüstan 8.000
33 Moldova 7.000
34 Finlandiya 6.675
35... Bosniya Herseqovina 6.000
banner

Oxşar Xəbərlər