• cümə axşamı, 28 mart, 22:41
  • Baku Bakı 13°C

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

30.03.17 12:00 789
Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
"Report"un məlumatına görə, mübarizəni davam etdirən dörd Premyer Liqa klubu paytaxtda üz-üzə gələcək.
Finala vəsiqə qazanmaq uğrunda savaşan kollektivlər yarışa 1/8 final mərhələsində qoşulublar və ilk rəqibləri I divizion təmsilçiləri olub. Növbəti mərhələdə isə elita komandalarını üstələyiblər.
"İnter" "Qaradağ Lökbatan"la "Kəpəz"i məğlub edibsə, "Qəbələ" "Zaqatala" və AZAL-dan güclü olub. "Neftçi" danışılmış oyunlara görə I divizondan kənarlaşdırılan "Şərurspor"la "Zirə"ni keçdiyi halda, Azərbaycan kubokunun son qalibi "Qarabağ""Səbail" və "Sumqayıt"ı durdurub.
Maraqlıdır ki, ötən mövsümdə də yarımfinalçılar hazırkı "4-lük" idi. Lakin həmin vaxt "İnter" "Qarabağ"la, "Neftçi" isə "Qəbələ" ilədüşmüşdü. Həlledici görüşə gəlincə, Ağdam klubu finalda 80 illik yubileyini qeyd edən "ağ-qaralar"ı əlavə vaxtda vurulan bir qolla məğlub edib.
Azərbaycan kubokunun yarımfinalçıları cari mövsümdə 4-cü dəfə qarşılaşacaqlar. Əvvəlki 3 görüş Premyer Liqanın ilk 3 dövrəsinə təsadüf edib və həmin matçların ümumi hesabında qonaq komandalar üstündür.
"Qarabağ" "Neftçi"ni 2 dəfə məğlub etdiyi halda (3:0, 2:0), 1 oyunda heç-heçə qeydə alınıb (1:1). "İnter"lə "Qəbələ"nin 3 duelindən 2-sində qalib müəyyənləşməyib (0:0, 1:1). Digər matçda isə əyalət klubu "İnter Arena"da 2 cavabsıq qolla zəfər çalıb.
Hər iki oyun "CBC Sport” kanalı ilə canlı yayımlanacaq. Yarımfinal mərhələsinin cavab matçları aprlein 5-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart (cümə axşamı)
17:00 "İnter” – "Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena”
19:30 "Neftçi” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena”
banner

Oxşar Xəbərlər