Azərbaycan KTMT-yə hər hansı bir status üçün müraciət etməyib

Azərbaycan KTMT-yə hər hansı bir status üçün müraciət etməyib

Cəmiyyət
17 Sentyabr 2019, 12:08 137
Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib və gündəliyimizdə bu əsnada hər hansı müzakirə aparılmır.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğuluyıb: "Azərbaycan müraciət etməsə də, Ermənistan tərəfi özünün fobiyalarından və komplekslərindən çıxış edərək hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etməyə cəhd göstərir”.