• çərşənbə axşamı, 16 aprel, 09:32
  • Baku Bakı 14°C

Azərbaycan koronavirus təşvişindən necə qaça bildi?

01.04.20 13:03 828
Azərbaycan koronavirus təşvişindən necə qaça bildi?
Ukrayna mediası Kiyevi Azərbaycandan nümunə götürməyə çağırdı
Dünya birliyini, hətta fövqəldövlətləri belə cənginə alan koronavirus pandemiyası sürətlə yayılmaqda və hər gün onlarla, yüzlərlə insanı qurbanına çevirməkdə davam edir. Və bu gün birmənalı şəkildə etiraf etmək olar ki, bəşəriyyət bu dəhşətli epidemiya qarşısında aciz qalıb. Bəzi dövlətlər qabaqlayıcı tədbirlər görüb, sərhədləri bağlayıb, insanlarını karantinə alsa da, təşviş səngimir. Ukraynanın nüfuzlu "LB.ua” portalı ölkəsində bununla bağlı mövcud durumu analiz edib və rəsmi Kiyevin virusla mübarizədə Azərbaycan təcrübəsindən yararlanmağa çağırıb. Minlərlə Ukrayna vətəndaşının Ukrayna-Polşa sərhədində ilişib qaldığını və hər vəchlə ölkəsinin ərazisinə keçməyə cəhd göstərdiyini, vətəndaşların aeroportlarda qaldığını, imkanlı məmurların özləri ilə ölkələrinə infeksiya gətirdikləri qeyd edilir. Müəllif bu qənaətdədir ki, bütün bunlar Ukraynanın idarəçilik sisteminin necə bir bərbad durumda olduğunu üzə çıxarır. Qeyd edilir ki, ukraynalılar üçün dövlət anlayışı, onun dəyərlər anlayışı boş bir sözə çevrilib. "30 ildən sonra bəlli olur ki, biz öz xalqımızı, ümumiyyətlə, tanımırıq. Səbəblər çoxdur, lakin bu barədə indi danışmayacağıq”, - deyə müəllif yazır.
Müəllif bir sıra ölkələrin böhranlı vəziyyətlərə xüsusi prorqamlarla hazır olmalarını və misal kimi bir çox ölkələri göstərməyin mümkünlüyünü ifadə edir. Ukraynaın uzun müddət öz sərhədlərini açıq saxladığının anlaşılan olmadığı xüsusi vurğulanır. Hətta son günlərə kimi virusun tüğyan etdiyi İtaliyadan reyslər gəlməkdə davam edib. Milan və digər şəhərlərdən sakit şəkildə reyslər davam edir, vətəndaşlar səfər etməkdə idilər. Ölkəyə gəldikdə hər hansı bir məcburi müayinədən belə keçmirdilər. Müəllif, ardınca belə vəziyyətdə Azərbaycanın atdığı addımları təqdir edir. Geniş və ətraflı şəkildə atılan addımları sadalayır. Rəsmi Bakı dərhal aeroportlarda virusun tüğyan etdiyi ölkələrdən gələn vətəndaşlarının tammiqyaslı yoxlanmasını təşkil etdi. Və özü də onları orada saxlamadı. "Təyyarələr də dərhal enmir. Bunu da o məqsədlə edirlər ki, növbə yaranmasın, infeksiya yayılmasın. Ardınca da o insanları məcburi qaydada karantin yerlərinə göndərirlər. Bunun üçün hətta dörd-beş ulduzlu otellər ayrılıb. Vətəndaşlar da bir qəpik də olsun vəsait sərf etmir- bütün xərcləri dövlət öz üzərinə götürüb. Bu mehmanxanalarda digər ölkələrdən gələn azərbaycanlılar həkimlərin ciddi nəzarəti altındadırlar. Onlar infeksiyanın yayıla biləcəyi xəstəxana və klinikalara, ailə həkimlərinin yanına getmirlər.
Yeri gəlmişkən, mehmanxanalarla yanaşı, azərbaycanlıların ixtiyarına Iavropa Oyunlarını qəbul edən Olimpiya şəhərciyi təqdim edilib”, -deyə məqalədə bildirilir: "Başqa sözlə, bütün bu insanlar evlərində olmur, öz yaxınlarını infeksiyaya yoluxdurmur, müxtəlif tədbirlərdə iştirak etmirlər. Ən əhəmiyyətlisi odur ki, karantin tədbirləri ilk koronavirus faktı qeydə alındıqdan sonra həyata keçirilib. Hazırda ölkədə Koronavirusla Mübarizə Fondu yaradılıb. Prezident və xanımı illik əmək haqlarını bu fonda köçürüblər. Bnunla yanaşı, dövlət məmurları fondun ehtiyaclarını ödəmək məqsədilə aylıq əmək haqlarından imtina ediblər. Özü də fonda tək dövlət deyil, iri və kiçik şirkətlər, banklar da vəsait ödəməkdə davam edirlər. Nəticədə könüllü ianələr hesabına fonda 100 mln. manatdan artıq vəsait köçürülüb”. Müəllif əlavə edir ki, Azərbaycan ölkəyə gəlmək istəyən vətəndaşları ilə bağlı daha düzgün və sağlam strategiya seçib- təcili qaydada ölkəsinə gəlmək istəyən vətəndaşları üçün vəsait ayırıb: "Ukraynada olan və karantində qalan azərbaycanlılar üçün də vəsait ayrılıb. Mövcud problemləri həll etmək üçün səfirliyin nəzdində call-mərkəzlər yaradıblar. Prosesə Diaspora ilə iş üzrə Dövlət Komitəsi də qoşulub”.

Məqalədə qeyd edilir ki, ümumiyyətlə, Azərbaycanda koronavirusun yayılmasının qarşısın almaq üçün, virusun yayılma riskini dərindən tədqiq edir və müvafiq addımlar atırlar: "Azərbaycanın məsələyə yanaşması düşərli oldu. Çünki rəhbərlik bəyan etdi ki, biz o qədər azıq ki, bir insanın həyatını da risk altına qoya bilmərik. Məhz Ukrayna tərəfi də problemə belə yanaşmalı idi. Bizim bu gün müşahidə etdiyimiz, pis hazırlığın, plansızlığın nəticəsidir. Xüsusi diqqət yetirmək istəyirəm ki, Azərbaycanda pulları ayrı-ayrı fondlar yox, dövlət verir. Burada məsələ hər bir vətəndaşın təhlükəsizliyindən gedir. Potensial xəstələri öz ərazinə buraxmaq olmaz. Əgər sənin zəruri infrastrukturun, lazımı sayda testlərin, müvafiq paltarların yoxdursa, onları ərazinə buraxmamalısan. Azərbaycan hakimiyyəti əvvəlcə hamını izolə etdi və lazımı infrastrukturu yaratdı. Prezident və xanımı 577 yerlik yeni klinikanın açılışında iştirak etdilər. Burada 1500-ə yaxın həkim və tibbi heyətin işləməsi mümkündür. Xəstəxanada virusa yoluxan şəxslər yerləşdirilib. Ayrıca qeyd etmək gərəkdir ki, digər ölkələrdən təyyarələr hər gün ölkəyə uçmur. Bakı, karantində imkanı çatan qədər vətəndaşları yerləşdirir. Başqa ölkələrdə qalanlara müvəqqəti məskunlaşma üçün vəsait ayrılır, xərcləri kompensasiya edilir”.
Daha sonra nəqliyyat seqmentində də vəziyyətin maraqlı olduğu vurğulanır. "Metrolararası xüsusi avtobuslar buraxılıb. Metro müəyyən saatlarda işləyir (artıq tam dayanıb-müəl). Başqa bir maraqlı cəhət də odur ki, regionlardan Bakıya və geriə qayıdışa da məhdudiyyət var. Bu da son deyil. Azərbaycan hakimiyyətinin əhalinin ərzaq təchizatının yaxşılaşdırılması üçün gördüyü addımları da alqışlamaq gərəkdir. Tənha şəxslərin qeydiyyatı üçün xüsusi meydança yaradılıb. Onlar üçün mağazalardan ərzaqlar pulsuz çatdırılır. Bütün Azərbaycan indi karantindədir. Əhali da parklarda gəzmir, kafe və restoranlarda vaxt keçirmir, dini yerlərə getmirlər. Ən əsası bütün bunlar sivilizasiyalı formada həyata keçirilir. Çünki ölkədə təşviş yoxdur. Dövlət institutlarına inam və etibar var, insanlar bilirlər ki, onları yarı yolda qoymayacaq və sivil davranacaqlar”, - deyə müəllif sonda bildirib.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər