• cümə, 29 Mart, 02:41
  • Baku Bakı 7°C

Azərbaycan Konqreslər Bürosu və AZAL Bakı Şopinq Festival müddətində sərfəli turlar təşkil edir

19.10.17 13:05 2164
Azərbaycan Konqreslər Bürosu və AZAL Bakı Şopinq Festival müddətində sərfəli turlar təşkil edir
2014-cü ilin sonlarından dünya bazarında qara qızılın qiymətinin kəskin ucuzlaşması ilə bağlı yaranan yeni çağırışlar Azərbaycanda da iqtisadi inkişaf istiqamətində müəyyən addımların atılmasını zəruri edib. Bu mənada, ölkədə əsas diqqət qeyri-neft sektorunun inkişafını təmin etməklə iqtisadi artım dinamikasının yüksəlməsinə, eyni zamanda yeni iqtisadi islahatlarla mövcud potensialın dəstəklənməsinə yönəlib. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Bakıda Şopinq Festivalların keçirilməsidir. Təsadüfi deyil ki, prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 1 sentyabr 2016-cı il tarixli sərəncamında da Bakı Şopinq Festivalına xüsusi yer ayrılıb.

Milli.Az bildirir ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Şopinq Festivalının birincisi bu ilin aprel-may aylarında baş tutub, nəticə isə kifayət qədər uğurlu olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, festivalın keçirilməsindən dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil olub. Bundan başqa, təkcə aprel ayı ərzində ölkəyə 187,577 turist gəlib. Bu rəqəm 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. May ayının ilk 10 günündə isə ölkəyə 70,776 turist səfər edib və bu, 15 hədəf ölkə üzrə ötən ilin analoji dövrü ilə müqayisədə 32% artım deməkdir.

İlk festivalın bütün üstünlükləri və müəyyən çatışmazlıqlar bütövlükdə nəzərdən keçirilib və ikinci Şopinq Festivalının həm ölkəyə gətirəcəyi gəlir, həm də turist sayının çoxluğu baxımından bir sıra işlər görülüb. Bu dəfəki festival öz yenilikləri ilə yadda qalacaq və ölkəyə daha çox turist cəlb edəcək.

AZAL və Azərbaycan Konqreslər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycana ucuz tur paketlərin təşkili məhz buna hesablanıb. Hazırda bu kampaniya çərçivəsində 10 şəhərdən Bakıya bazar qiymətinə nisbətən daha münasib qiymətlərlə tur paketlər təklif edilir. Bu tur paketlərlə ölkəyə səfər edənlər festival müddətində etdikləri alış-verişin ƏDV-nin bir qismini geri almaqla yanaşı, həm də təşkil olunacaq müxtəlif daxili turlar sayəsində öz istirahətlərini daha da maraqlı edə bilərlər.
Turların təklif etdiyi uçuş istiqamətləri və otellər haqqında aşağıdakı cədvəldə ətraflı məlumat ala bilərsiniz.

Daha ətraflı +99455 253 63 45 nömrəsi ilə əlaqə saxlaya və [email protected] ünvanına yaza bilərsiniz.Qeyd edilən turlara sığorta, transfer, şopinq turlarda iştirak da daxildir. Turlar "Silkway Travel" şirkətinin platforması üzərindən çalışan turizm şirkətləri vasitəsilə satışa təqdim edilib.

Qeyd edək ki, ikinci Şopinq Festival oktyabrın 15-dən start götürüb. Noyabrın 15-dək davam edəcək festivalda yerli və bir sıra xarici ölkələrin ticarət markaları təmsil olunacaq. 500-dən çox müəssisənin iştirak etdiyi bu festival çərçivəsində alıcılara xüsusi endirimlər təqdim olunacaq. Dünya təcrübəsində ilk dəfə olaraq yalnız Azərbaycanda festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da "Tax Free" sistemindən yararlana biləcəklər. Belə ki, bir ay ərzində üzərində "Baku Shopping Festival - Tax Free" stikeri olan mağazalardan 100 manatdan çox alış-veriş edən Azərbaycan vətəndaşları aldıqları malların əlavə dəyər verigisinin (ƏDV) bir qismini əldə edə biləcəklər.



banner

Oxşar Xəbərlər