• cümə, 29 Mart, 11:46
  • Baku Bakı 5°C

Azərbaycan Konqoya 10 ədəd zirehli transportyor satacaq

29.09.16 17:36 1303
Azərbaycan Konqoya 10 ədəd zirehli transportyor satacaq
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd "Təkmilləşdirilmiş ZTR-70 maşını” Konqo Respublikasına ixrac ediləcək.

Bu barədəAPA-ya MSN-in "Aqreqat” İstehsalat Birliyi Bakı "Cihazqayırma” Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib.

O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək.

Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan "Təkmilləşdirilmiş ZTR-70 maşını” silahla təchiz olunub.

Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.
banner

Oxşar Xəbərlər