Azərbaycan kikboksçusu ilk dəfə K-1 növündə dünya çempionu olub
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ilk dəfə K-1 növündə dünya çempionu olub.
"Report"un məlumatına görə, Rəcəbzadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında buna nail olub.
O, 91 kq-dan yuxarı çəki dərəcəsində bütün rəqiblərini yenib.