• cümə, 29 Mart, 14:47
  • Baku Bakı 14°C

Azərbaycan İsraildən Türkiyəyə dənizaltı qaz kəməri çəkəcək?

18.09.13 08:16 1734
Azərbaycan İsraildən Türkiyəyə dənizaltı qaz kəməri çəkəcək?
«APA-Economics»in «Neftegaz.ru» saytına istinadən verdiyi məlumata görə, belə bir təkliflə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza çıxış edib.
Belə ki, layihənin ümumi dəyəri 2,5 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir. Kəmərin uzunluğu 470 km olacaq və Aralıq dənizinin dibi ilə İsraildən Türkiyənin Mərsin limanına qədər uzanacaq.
Əgər adıçəkilən layihə baş tutarsa, bu qaz kəməri ilə illik 16 mlrd. kubmetr həcmində qaz nəql olunacaq. Rəsmi Tel-Əviv isə bununla bağlı yayılan informasiyaya isə hələ heç bir şərh vermir.
Qeyd edək ki, İsraildə iki nəhəng – «Tamar» və «Leviafon» qaz yataqları mövcuddur. Bu yataqların qaz ehtiyatları ölkənin 25 illik tələbatının ödənilməsi üçün kifayətdir. İsrail hökuməti bu yataqlardakı qazın 40%-ni ixrac etmək niyyətindədir. İlkin hesablamalara görə, «Tamar» yatağının ehtiyatları 240 mlrd. kubmetr, «Leviafon» yatağının ehtiyatı isə 453 mlrd. kubmetr həcmində qiymətləndirilir.
banner

Oxşar Xəbərlər