• cümə, 29 Mart, 01:50
  • Baku Bakı 7°C

Azərbaycan iqtisadiyyatında mühüm islahatlar aparılıb

03.07.17 14:20 836
Azərbaycan iqtisadiyyatında mühüm islahatlar aparılıb
"Azərbaycan iqtisadiyyatında mühüm islahatlar həyata keçirilib".APA-nın məlumatına görə, bu barədə Qusarda keçirilən "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransının fəxri qonağı - Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard Preskott bildirib.
Onun sözlərinə görə, növbəti inkişaf mərhələsinə keçmək üçün Azərbaycanın gömrük xidmətinin təkmilləşdirilməsi labüddür.
Qusarda keçirilən konfransın əhəmiyyətinə toxunan Edvard Preskott bildirib ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsinin tələbələr üçün böyük imkanlar yaradır. "Bu cür ünsiyyət Azərbaycanın gömrük xidmətində fəaliyyət göstərən gənclərə çox şey qazandırır", - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər