• cümə, 19 Aprel, 12:10
  • Baku Bakı 25°C

Azərbaycan iqtisadi nikbinlik indeksinə görə dünyada ikincidir

06.01.21 17:45 492
Azərbaycan iqtisadi nikbinlik indeksinə görə dünyada ikincidir
"Gallup International" assosiasiyası tərəfindən aparılan sorğu və tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycan əhalisinin 63%-i 2021-ci ilin iqtisadi firavanlıq ili olacağına inanır. Bu göstərici İqtisadi Nikbinlik İndeksi (Economic Optimism Index) kimi ifadə olunur.
Kaspi.az "Gallup International"ın hesabatına istinadən xəbər verir ki, Azərbaycan bu göstərici ilə ikinci yerdədir. İlk yerdə isə72%-lə Nigeriya qərarlaşıb. Üçüncü pillədə 59%-lə Vyetnam, dördüncü yerdə Qırğızıstan (58%), beşinci yerdə isə Hindistan (56%) gəlir.
2021-ci ildə iqtisadiyyatın çətinliklərlə qarşılaşacağına ən çox inanan ölkələr isə Böyük Britaniya, Avstriya, İtaliya, Bosniya və Herseqovina və Bolqarıstan olub. Sözügedən ölkələrdə əhalinin müvafiq olaraq 71%-i, 70%-i, 67%-i, 66%-i və 64%-i 2021-ci ilin iqtisadiyyat üçün çətinliklərlə bol olacağına inanır.
banner

Oxşar Xəbərlər