• cümə axşamı, 25 aprel, 05:39
  • Baku Bakı 19°C

Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət nefti satıb

25.04.17 13:15 949
Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət nefti satıb
Bu ilin aprelin 1-dək dünya bazarına 443 mln. ton Azərbaycan nefti çıxarılıb ki, bunun 328 mln. tonuBakı-Tbilisi-Ceyhan(BTC) boru kəməri ilə nəql edilib. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət nefti satıb: "Ümumiyyətlə, Azərbaycanda 1 mlrd. 971 mln. neft hasil olunub ki, bunun 971 mln. tonu quruda, 1 mlrd. tonu isə dənizdə hasil edilib. Neft hasilatının 2 mlrd. tona çatdırılması üçün daha 29 mln. ton neft çıxarılmalıdır. Bu göstəriciyə 2017-ci ilin noyabrın 25-də əməl olunacaq".
banner

Oxşar Xəbərlər