• cümə, 19 Aprel, 23:47
  • Baku Bakı 24°C

Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı 51 dövlətlə saziş imzalayıb

18.12.16 13:40 1107
Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı 51 dövlətlə saziş imzalayıb
İkiqat vergitutmanın aradan qaldırılması xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırır. Vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin inzibatçılıq qaydalarının sadələşdirilməsidir.
AZƏRTAC"vergilər.az” saytına istinadla bildirir ki, bu fikirləri Vergilər Nazirliyinin rəsmisi Ülvi Yusifov deyib.
Onun sözlərinə görə, hazırda 51 dövlətlə bu cür saziş imzalanıb. Sazişlərdə rezident və qeyri-rezident şəxslərdən daxil olan müraciətlərin elektronlaşdırılması və sadələşdirilməsi, ərizə formalarının və tələb olunan inzibati prosedurların azaldılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər