• cümə axşamı, 25 aprel, 20:49
  • Baku Bakı 21°C

Azərbaycan II Dünya Turizm və Mədəniyyət Konfransında təmsil olunacaq

21.11.17 09:50 1239
Azərbaycan II Dünya Turizm və Mədəniyyət Konfransında təmsil olunacaq
Dekabrın 11-12-də Omanın paytaxtı Məsqət şəhərində II Dünya Turizm və Mədəniyyət Konfransı keçiriləcək.
AZƏRTACDünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, konfransda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov təmsil edəcək.
Konfrans turizm və mədəniyyət sektorları arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, 2030-cu ilədək Dayanıqlı İnkişafın Məqsədlərinə çatmaqda bu sahələrin roluna həsr olunacaq. Tədbir mədəniyyət və turizm nazirliklərindən, müvafiq sektorlar üzrə milli, regional və yerli hakimiyyət orqanlarından, akademik müəssisələr və özəl sektordan 500-dək nümayəndəni bir araya gətirəcək.
banner

Oxşar Xəbərlər