• cümə, 29 Mart, 03:17
  • Baku Bakı 7°C

"Azərbaycan" İES həm də mazutla işləyən yeganə elektrik stansiyasıdır

27.06.20 12:51 647
"Azərbaycan" İES həm də mazutla işləyən yeganə elektrik stansiyasıdır
"Azərbaycan" İES ölkədə fəaliyyət göstərən yeganə elektrik stansiyasıdır ki, həm də mazutla işləyə bilir. Ona görə də burada mazut təsərrüfatı mövcuddur.
Bunu Trend-ə "Azərenerji" ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.
V.Şahmuradovun sözlərinə görə, İES ərazisində bu günə qədər 18 mazut çəni tikilib:
"İlkin mərhələdə 6 çən, sonrakı mərhələdə də 6 çən inşa edilib və ümumilikdə 12 çən mövcud idi. 2019-cu ildə İES ərazisində daha 6 çən istifadəyə verilərək ümumi çənlərin sayı 18-ə çatdırıldı. Bundan əlavə mazut təsərrüfatının yanğınsöndürmə sistemi tam yenidən quruldu. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi qurularaq istifadəyə verildi.
Mazutdan ehtiyat yanacaq kimi istifadə olunur. Hazırda ehtiyatımız 245 min ton mazutdur. Əgər hər hansı səbəbdən qaz təchizatı dayanarsa, bu mazut ehtiyatı stansiyanın 1 ay müddətində tam gücü ilə işləməsinə imkan yaradır".
banner

Oxşar Xəbərlər