AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan hər il 30 mlrd. dollarlıq neft ixrac edir

Azərbaycan hər il 30 mlrd. dollarlıq neft ixrac edir

İqtisadiyyat
08 Aprel 2013, 13:40 2144
Azərbaycan hər il orta hesabla 30 mlrd. ABŞ dolları dəyərində xam neft ixrac edir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARNDŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda illik neft hasilatı təxminən 42 mln. ton təşkil edir ki, bunun da 35 mln. tonu ixrac olunur.

R.Abdullayev onu da qeyd edib ki, hazırda Azərbaycan Dövlət Neft Fondunda 35 mlrd. dollardan çox valyuta ehtiyatı mövcuddur, ölkənin ümumi valyuta ehtiyatları isə artıq 44 mlrd. dollara çatıb.

Bununla yanaşı ARDNŞ rəhbəri əlavə edib ki, hazırda əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri tam gücü ilə istismar olunmur: «Gələn il Qazaxıstanın «Kaşaqan» yatağında neft hasilatına başlanacaq və bu xam neftin də Bakı-Ceyhan kəməri ilə ixrac olunacağı istisna olunmur».