• cümə, 19 Aprel, 17:20
  • Baku Bakı 25°C

Azərbaycan həkimləri ilkə imza atdılar

08.07.14 10:04 1194
Azərbaycan həkimləri ilkə imza atdılar
Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını icra ediblər. Bu barədə APA-ya ATU-nun mətbuat xidmətindən bildirilib. Məlumata görə, klinikaya müraciət edən 36 yaşlı qadın xəstə 3 saat ərzində sol qol və ayağını hərəkət etdirə bilməyib. Xəstənin nevroloji dəyərləndirməsi zamanı həkimlər beynin sağ tərəfində ciddi insultdan şübhələniblər. Sonradan tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənib. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.
Həkimlər tərəfindən ilk dəfə olaraq beyin damarlarında trombun çıxarılması (Trombektomiya) əməliyyatı uğurla həyata keçirilib. Saat yarım davam edən əməliyyat kardioloq-aritmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunub. Xəstə artıq reanimasiya şöbəsindən çıxarılıb.
Dosent Fərid Əliyev hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirib. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir: “Çünki beyin yarımkürəsi tam insult idi. Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirir. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Lakin xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tam sabitləşəndən sonra insultun ortaya çıxaran səbəblər araşdırılacaq”.
banner

Oxşar Xəbərlər