• şənbə, 20 Aprel, 09:54
  • Baku Bakı 14°C

Azərbaycan heç bir hərbi birlikdə iştirak etmir və müstəqil siyasət həyata keçirir

23.10.19 11:08 371
Azərbaycan heç bir hərbi birlikdə iştirak etmir və müstəqil siyasət həyata keçirir
Azərbaycan heç bir hərbi birlikdə iştirak etmir və müstəqil siyasət həyata keçirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri ilə əməkdaşlığa xüsusi önəm veriləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşündə deyib.
E.Məmmədyarov bildirib ki, ilk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı, bu quruma üzv ölkələrin gənclərinin də sammiti də keçiriləcək.
Nazir bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan dövlətlərdir: "Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.
E.Məmmədyarov vurğulayıb ki, Qoşulmama Hərəkatı sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. O qeyd edib ki, qarşıda duran əsas məqsədlərdən biri təşkilatın fəaliyyətini yeni reallıqlara uyğunlaşdırmaqdır.
banner

Oxşar Xəbərlər