• çərşənbə axşamı, 19 mart, 08:45
  • Baku Bakı 8°C

"Azərbaycan haqlı olmasına baxmayaraq, indiyədək təmkinli davranıb"

14.07.20 09:15 431
"Azərbaycan haqlı olmasına baxmayaraq, indiyədək təmkinli davranıb"
"Ermənistanın təcavüzünü pisləyirik".
BunuAPA-nın Tehran bürosuna İran parlamentinin sabiq millət vəkili və Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun sabiq həmsədri Salman Xudadadi deyib.
O, Ermənistanın Azərbaycan əsgərlərini şəhid etməsini pisləyib və Azərbaycan ərazisinə qəflətən hücum etməsini sərt tənqid edib: "Düşünürəm ki, Azərbaycan haqlı olmasına baxmayaraq, indiyədək təmkinli davranıb və səbirlə beynəlxalq protokollara əməl edib".
Ermənistanın təcavüzkar addımını qəbuledilməz adlandıran S.Xudadadinin sözlərinə görə, hazırda Azərbaycanın bütün qonşu ölkələri ağır vəziyyətin və böhranın sülhyönlü həlli üçün yardım etməlidir ki, vəziyyət daha da ağırlaşmasın.
O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
banner

Oxşar Xəbərlər