Azərbaycan güləşçiləri Rusiyada iki medal qazanıblar

Azərbaycan güləşçiləri Rusiyada iki medal qazanıblar

İdman
29 Sentyabr 2019, 11:45 244
Rusiyanın Vladiqafqaz şəhərində 23 yaşadək güləşçilər arasında Yuri Qusovun xatirə turniri keçirilib.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edən güləşçilərdən ikisi fəxri kürsüyə qalxıb.
İslam Bazarqanov (57 kq) qızıl, Abubakr Abakarov (79 kq) isə gümüş medal qazanıblar.