• cümə axşamı, 28 mart, 20:03
  • Baku Bakı 13°C

Azərbaycan gəncləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi

13.05.13 11:21 1638
Azərbaycan gəncləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi
Bu gün Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib.
Trend-in məlumatına görə, Şurada qeydiyyata alınmış QHT-lər gənclərlə bağlı olan əsas fəaliyyət istiqamətlərini, gündəlikdə duran məsələləri ekspertlərin iştirakı ilə müzakirə ediblər. Tədbirdə, həmçinin Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şura sədri Nurəddin Mehdiyev gənclərin ictimai-siyasi həyatdakı rolu, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı haqqında danışıb. O qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mehdiyev bildirib ki, Azərbaycan yeganə ölkələrdəndir ki, burada gənclər siyasəti həyata keçirilir.
Onun sözlərinə görə, bu gün Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələri arasında öz rolunu və mövqeyini qoruyub saxlayıb. Gənclər cəmiyyətin sosial, ictimai-siyasi həyatında mühüm keyfiyyətlərə malikdirlər.
Mehdiyev vurğulayıb ki, bu gün yüzlərlə Azərbaycan gənci dövlətin səyi sayəsində xarici ölkələrdə təhsil alır. O, həmçinin bildirib ki, hazırda dövlət qurumlarında çalışan gənclərin sayı xeyli artıb.
Daha sonra tədbirdə çıxış edən Şuranın sədr müavini Gülsel Səfərova isə beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli hesabatları haqqında söz açıb. O qeyd edib ki, "Amnesty İnternational", "Human Rights Watch" kimi bir sıra beynəlxalq təşkilatlar Azərbaycan, o cümlədən Dağlıq Qarabağ haqqında təhrif olunmuş faklara əsaslanan hesabatlar hazrlayırlar.
Səfərova qeyd edib ki, bu cür hesabatlar Azərbaycanın inkişafından narahat olan müəyyən siyasi dairələrin maraqlarına xidmət edir. Səfərova bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə, "ASAN xidmət" layihələri bütün bu faktların əsassız olduğunu bir daha ortaya qoydu:
"Ölkəmizin xarici siyasətində əldə etdiyi uğurlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması hər şeyi açıq-aşkar ortaya qoydu. Biz gənclər olaraq Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti tam dəstəkləyirik".
Daha sonra tədbirdə çıxış edən "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin sədri Elməddin Behbud, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin (ATGDC) sədri Rəşxan Qaraşlı və digər iştirakçılar da gənclərin ölkənin ictimai-siyasi həyatında iştirakı, azərbaycançılıq ideologiyası və gənclərin formalaşması, beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarına, vətəndaş cəmiyyətinin fəal hissəsi kimi gənclər təşkilatlarının reaksiyası, ünsiyyətin təşkili, fərdi inkişaf, gənclərin sosial fəallığı, ictimai həyatda iştirakı, o cümlədən gənclərin məsuliyyəti və ictimai-siyasi proseslər mövzusunda çıxış ediblər.
Gənclər Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini bəyan ediblər və bütün Azərbaycan gənclərini qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirin sonunda Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edilib.
banner

Oxşar Xəbərlər