• cümə, 19 Aprel, 12:30
  • Baku Bakı 25°C

Azərbaycan əsilli fermer kazak atamana abidə ucaldıb

14.10.13 12:47 1694
Azərbaycan əsilli fermer kazak atamana abidə ucaldıb
Ukraynanın Dnepropetrovsk vilayətinin Maqdalinovsk rayonun Kovpakivka kəndində Azərbaycan əsilli fermer Xosrov Hüseynov tərəfindən kəndin banisi, kazak atamanı Afanas Kovpak şərəfinə ucaldılmış abidənin açılışı olub. Ukraynanın Azərbaycan Gəncləri Birliyindən (SAMU) verilən məlumata görə, mərasimdə vilayət administrasiyasının rəsmi şəxsləri, Ali Rada deputatları, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Maqdalinovsk rayonun icra hakimiyyəti başçısının müavini Vladimir Masiç çıxışında ataman Kovpakın şərəfinə abidənin burada yaşayan azərbaycanlılar tərəfindən ucaldılmasının təqdirəlayiq hal hesab edib. Ali Radanın deputatı Nikolay Savrasenka isə Ukrayna və Azərbaycan xalqları arasında tarixi dostluqdan danışıb və bunun misalı kimi Azərbaycan xalqın oğlu tərəfindən Ukrayna qəhrəmanına ucaldılmış abidəni göstərib. O xatırladıb ki, iki il əvvəl Dnepropetrovsk vilayəti deputat Fəxrəddin Muxtarovun təşəbbüsü ilə Rudka kəndində Sovet İttifaqı qəhrəmanı, bu ərazilərdə faşistlərə qarşı döyüşən Mikayıl Ələkbərovun şərəfində abidə ucaldılıb. Tədbirdə həmçinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dnepropetrovsk vilayəti deputatın Fəxrəddin Muxtarov və digərləri də çıxış edərək, Ukrayna və Azərbaycan arasında əlaqələrin sürətlə inkişaf etdiyini, Azərbaycan icmasının Ukraynanın ictimai-siyasi və iqtisadi həyatından aktiv iştirakını qeyd ediblər.
banner

Oxşar Xəbərlər