• cümə axşamı, 28 mart, 22:42
  • Baku Bakı 13°C

Azərbaycan əhalisinin illik artım sürəti 1, 3 faizə yaxındır

31.10.18 13:45 466
Azərbaycan əhalisinin illik artım sürəti 1, 3 faizə yaxındır
Ölkəmiz demoqrafik baxımdan sabit inkişaf edir. Təkcə bu faktı göstərmək kifayətdir ki, 2006–2017-ci illər ərzində respublikamızda əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olub. Bu, Avropa ölkələri arasında ən yüksək göstəricilərdən biri sayılır.
AZƏRTACxəbər verir ki, bu, ölkə başçısının təsdiq etdiyi "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” haqqında Sərəncamda da öz əksini tapıb.
Həmin Sərancamda göstərilir ki, hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir. Azərbaycanda əhalinin sayı bu il yanvarın 1-nə 9898,1 min nəfər olaraq göstərilib. Ölkə əhalisinin 52,9 faizi şəhərlərdə, 47,1 faizi isə kəndlərdə yaşayır, əhalinin 50,1 faizini isə qadınlar təşkil edir.
BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaqdır.
banner

Oxşar Xəbərlər