• cümə axşamı, 28 mart, 20:29
  • Baku Bakı 13°C

Azərbaycan Ədəbiyyatı Muzeyində Heydər Əliyevə həsr olunmuş video-konfrans keçirilib

10.05.20 10:00 1256
Azərbaycan Ədəbiyyatı Muzeyində Heydər Əliyevə həsr olunmuş video-konfrans keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının iştirakı ilə "Davam edən böyük yol” adlı video-konfrans keçirilib.
MuzeydənAZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan Milli Məclisin deputatı, muzeyin direktoru, akademik Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin xatirəsinin sessiya və konfranslarla anılma ənənəsinin bu günlərdə onlayn şəkildə davam etdiyini vurğulayıb.
O, faşizm üzərində Qələbənin qəhrəmanlıq tariximizdəki xüsusi yerindən danışaraq, dahi öndərin bu zəfər gününə böyük rəğbətini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin bütün həyatını və çoxşaxəli fəaliyyətini qələbələr silsiləsi adlandırmaq olar. Ulu Öndər Azərbaycan Respublikasını yüksəltmək, Azərbaycan adını dünyada təsdiqlətmək istiqamətində çox böyük işlər görüb. Heydər Əliyevin siyasi fəaliyyətinin və mücadiləsinin 1993-cü ildən sonrakı dövrünü şərh edən alim bu illəri Azərbaycan tarixində yeni səhifə adlandıraraq deyib: "Azərbaycan bu gün istiqlal içərisində yolunu davam edirsə, burada Heydər Əliyevin müstəsna xidmətləri var. Müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməyi hər zaman Azərbaycan insanının şüurunda, ürəyində minnətdarlıq duyğuları ilə anılacaq”.
Daha sonra video-konfrans muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin "Heydər Əliyevin ədəbiyyat siyasəti”, Komprativistika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin "Heydər Əliyev: həyat həqiqətləri”, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlunun "Azərbaycançılıq ideyasının inikasında Nizami muzeyinin rolu” mövzusunda məruzə və çıxışları ilə davam edib.
Məruzə və çıxışlarda Ulu Öndərin Azərbaycan xalqının ədəbi-bədii irsinə, ədəbiyyat xadimlərinə və onların adının əbədiləşdirilməsinə göstərdiyi xüsusi qayğıdan və bunun əməli təzahürlərindən bəhs olunub, Heydər Əliyev şəxsiyyəti, onun ölməz xatirəsi haqqında fakt və mülahizələr öz ifadəsini tapıb.
Video-konfransa yekun vuran akademik Rafael Hüseynov vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi onillər boyunca yorulmaz fəaliyyətindən çox yadigarlar qalıb. Bunlar müxtəlif istehsalat müəssisələri, tədris ocaqları, möhtəşəm tikililər, yollar, körpülər, ən müxtəlif istiqamətlərdə qazanılan zəfərlərdir. Lakin Heydər Əliyevin xalqa ən böyük yadigarı onun yaratdığı böyük yoldur. Həmin yol bu gün Ulu Öndərin sədaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı inamla daha böyük zəfərlərə doğru aparır.
banner

Oxşar Xəbərlər