• şənbə, 27 Aprel, 00:50
  • Baku Bakı 14°C

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti arasında Protokol təsdiqlənib

07.09.17 13:00 1311
Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti arasında Protokol təsdiqlənib
Prezidentİlham ƏliyevAzərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan RespublikasınınDövlət Gömrük Komitəsiilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan RespublikasınınDövlət Gömrük Komitəsiilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiqlənib.

Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra AzərbaycanınDövlət Gömrük Komitəsionun müddəalarının həyata keçirilməsini təmin etməlidir

AzərbaycanınXarici İşlər NazirliyiProtokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.
banner

Oxşar Xəbərlər