• cümə axşamı, 25 aprel, 02:22
  • Baku Bakı 19°C

Azərbaycan dövlət borclarının idarə edilməsi üzrə yeni strategiya hazırlayacaq

31.05.17 14:15 1348
Azərbaycan dövlət borclarının idarə edilməsi üzrə yeni strategiya hazırlayacaq
Azərbaycan hökuməti dövlət borclarının idarə edilməsi üzrə yeni strategiya hazırlayacaq.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrdə deyib.
Nazirin sözlərinə görə, hazırda neftdən asılılığın aradan qaldırılması üçün mühüm layihələr reallaşdırılır. Onların arasında yeni fiskal qaydalar da var:"Bütün bunlar yekunda iqtisadi sabitliyi təmin etməyə və xarici şokları neytrallaşdırmağa imkan verəcək".
banner

Oxşar Xəbərlər