• cümə axşamı, 28 mart, 23:38
  • Baku Bakı 13°C

Azərbaycan diplomatı faciəli şəkildə dünyasını dəyişib

24.08.13 12:17 1457
Azərbaycan diplomatı faciəli şəkildə dünyasını dəyişib
Azərbaycan Xarici İşlər Nazirliyinin məsul əməkdaşı, Dövlət İdarəçilik Akademiyasının müəllimi Cavanşir Vəkilov faciəli şəkildə dünyasını dəyişib.
APA-nın məlumatına görə, vəkil Səməd Vəkilov “vesti.az”a açıqlamasında C. Vəkilovun avqustun 23-də dənizdə boğulduğunu bildirib.
Cavanşir Mehdixan oğlu Vəkilov 1951-ci il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olub. Səməd Vurğunun qardaşı oğludur.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Əfqanıstanda və İranda tərcüməçi işləyib, daha sonra elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ilin mart ayında diplomatiya sahəsinə keçib, Xarici İşlər Nazirliyində ikinci və birinci katib, Azərbaycanın Tehrandakı səfirliyində çalışıb.
Azərbaycanın İİR-dəki səfirliyinin müşaviri vəzifəsində çalışdığı zaman 2004-cü il oktyabr ayının 20-də Azərbaycanın Təbrizdə Baş Konsulluğunun açılışını təşkil edib və orada 2005-ci il martın 7-dək ilk baş konsul vəzifəsini icra etmişdir.
2007-ci il sentyabr ayının 21-dən Azərbaycan XİN-in 2-ci (Şərq) Ərazi idarəsində (2013-cü ildən 1-ci Asiya idarəsi) müşavir vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər