• cümə axşamı, 25 aprel, 22:14
  • Baku Bakı 21°C

Azərbaycan diaspor təşkilatı AP-də lobbi qurumu kimi qeydiyyatdan keçib

17.04.17 14:55 926
Azərbaycan diaspor təşkilatı AP-də lobbi qurumu kimi qeydiyyatdan keçib
Dünya Azərbaycanlıları Assambleyası aprelin 17-də rəsmi olaraq Avropa İttifaqı və Avropa Parlamentində lobbi qurumu olaraq qeydiyyatdan keçib. Assambleyadan "Kaspi” yə bildirilib ki, bununla artıq DAA-nın bu mötəbər qurumların rəsmi dairələrinə və rəhbərliyinə, Avropa parlamenti üzvlərinə, komitə rəhbərlərinə birbaşa çıxış imkanı yaranıb. Təşkilatdan bildirilib ki, Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq qeyri hökumət təşkilatı olaraq xalqımızı, dövlətimizi beynəlxalq miqyasda layiqli təmsil etməyə davam edəcək.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 06 sentyabr 2016 ci ildə Almaniya Federativ Respublikasında beynəlxalq qeyri hökumət təşkilatı olaraq qeydiyyatdan keçib.
banner

Oxşar Xəbərlər