AZE | RUS | ENG |


Azərbaycan Dəmir Yolları 900 yük vaqonu və 200 konteyner alır

Azərbaycan Dəmir Yolları 900 yük vaqonu və 200 konteyner alır
"Azərbaycan Dəmir Yolları” QSC (ADY) vaqon parkının yenilənməsi prosesini davam etdirəcək.
 
"APA-Economics" "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatına istinadən xəbər verir ki, ADY tərəfindən vaqon parkının yenilənməsi ilə əlaqədar olaraq, 2015-2016-cı illər ərzində 3101 ədəd, o cümlədən 401 ədəd qalı, 1000 ədəd yarımvaqon, 200 ədəd konteynerdaşıyan, 600 ədəd çən vaqonu, 300 ədəd taxıldaşıyan, 100 ədəd xopper-dozator, 400 ədəd universal platforma və 100 ədəd sementdaşıyan vaqon alınaraq respublikaya gətirilib.
 
"Yaxın gələcəkdə yükdaşımaların artımı ilə əlaqədar əlavə yeni 900 ədəd yük vaqonunun və 200 ədəd konteynerin alınması nəzərdə tutulub”, - sənəddə vurğulanıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000