• cümə, 26 Aprel, 23:01
  • Baku Bakı 22°C

"Azərbaycan Dağlıq Qarabağı hərbi yolla azad etməlidir"

11.08.20 14:51 618
"Azərbaycan Dağlıq Qarabağı hərbi yolla azad etməlidir"
"Azərbaycan ordusuna mənəvi qida verməkdən, ideoloji dövlətçi ruhu yeritməkdən ötrü hökmən Azərbaycan Ordusu Ali Baş Komandanımızın əmri ilə özündə güc tapıb Dağlıq Qarabağı hərbi yolla azad etməlidir".
Bu sözləriSİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, siyasi məsələlər üzrə ekspert Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinin maraqları hərbi yolla Dağlıq Qarabağ probleminin həllini tələb edir: "Əgər, daha əvvəl şəxsən mən özüm məsələnin 50 faiz dinc tənzimlənməsinin, 50 faiz isə hərbi tənzimləmənin tərəfdarı idim. Baxmayaraq ki, mən hərbi tənzimlənmənin üstünlüyünü çox gözəl bilirəm və dinc tənzimlənmənin əhəmiyyətini çox gözəl başa düşürəm. Strateji baxımdan Qafqaz kimi mürəkkəb bir regionda yerləşən dövlətlərin Ermənistanı çıxmaq şərtilə hamısının polietnik olduğunu nəzərə alaraq, məhz, indi ATƏT-in Minsk qrupunun həmsədrlərinin təqdim etdiyi dinc tənzimləmə variantını çox yüksək qiymətləndirirəm. Lakin, Tovuz hadisələrindən sonra bizim ordu yaralanıb. Ordumuz sosial şəbəkələrdə gedən yazılardan, bizim xarici dövlətlərdə ordu ilə bağlı gedən yazılarda ordumuz parçalanmış, yaralanmış kimi görünür. Guya ordunun içərisində bir qrup türkiyəpərəst var, bir qrup rusiyapərəstlər var imiş kimi düşüncələr verilir. Ona görə də Azərbaycan ordusuna mənəvi qida verməkdən, ideoloji dövlətçi ruhu yeritməkdən ötrü hökmən Azərbaycan Ordusu Ali Baş Komandanımızın əmri ilə özündə güc tapıb Dağlıq Qarabağı hərbi yolla azad etməlidir. Ölkənin siyasi rəhbərliyi də başa düşməlidir ki, indiki dövrdə Azərbaycan ordusunun özünə gəlməsi üçün hərbi qələbə çox vacibdir.
Siyasi ekspertin fikrincə, ən rahat yol Laçın-Kəlbəcər istiqamətində, yəni, Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin bağlanmasıdır: "Orada əhali, hər hansı bir erməni yaşamır və bu o deməkdir ki, ərazidə hər hansı bir ölüm olmayacaq ki, bu, beynəlxaql ictimaiyyətin hay-küyünə səbəb olsun. Bura boş ərazidir. Bu əraziləri bombalayıb, ermənilərin hərbi strukturlarını ləğv edib, həmin əraziyə Azərbaycan Ordusunun desant qüvvələri yerləşdirilməlidir. Beləliklə Dağlıq Qarabağı və ətraf 7 rayonu tam mühasirəyə almış oluruq. Sırf Ermənistana getmək istəyən Dağlıq Qarabağ ermənilərinə də sülh təklif edə bilərik. Bu variant Azərbaycan üçün hazırda xilas variantıdır. Ona görə də siyasi rəhbərlik hər şeyin həllini tapmalı və tapdığı həll əsasında da Azərbaycan Ordusuna şərait yaratmalıdır ki, ordu qələbə planını reallaşdırsın".
banner

Oxşar Xəbərlər