• cümə, 29 Mart, 11:23
  • Baku Bakı 5°C

Azərbaycan daha bir beynəlxalq forumda iştirak edir

25.06.13 08:25 1725
Azərbaycan daha bir beynəlxalq forumda iştirak edir
Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 27-dək davam edəcək forum «Elektron hökumət və innovasiyalara transformasiya: hər kəs üçün daha gözəl gələcək yaratmaq» mövzusuna həsr edilib. Tədbir vasitəsilə Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq BMT sosial inkişaf, iqtisadi artım və ətraf mühitin qorunmasını təmin etmək məqsədilə idarəetmə və dövlət idarəçiliyində innovasiyalarla bağlı ən yaxşı təcrübə və fikir mübadiləsinin aparılmasını təşviq edir.
Qeyd edək ki, tədbirin təşkilatçıları BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCWA), BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətinin Artırılması üzrə qurumu (UN Women), eyni zamanda Bəhreyn hökumətidir.
banner

Oxşar Xəbərlər