• cümə, 29 Mart, 14:43
  • Baku Bakı 14°C

Azərbaycan cüdoçusu Elxan Məmmədov Avropa çempionatının qızıl medalını qazanıb

22.04.17 20:47 1184
Azərbaycan cüdoçusu Elxan Məmmədov Avropa çempionatının qızıl medalını qazanıb
Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal əlavə edib.
AZƏRTACxəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Xatırladaq ki, cüdoçumuz 2013-cü ildə dünya çempionu tituluna yiyələnmişdi.
Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə beşinci yeri tutublar.
Bununla da, Azərbaycan milli komandası iki qızıl, üç bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışları ikinci yerdə başa vurub.
Qeyd edək ki, qitə çempionatının ilk iki yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib olub.
Aprelin 23-də cüdoçularımız komanda yarışlarında mübarizə aparacaqlar. Bu yarışlarda digər idmançılarımızla yanaşı, Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də tatami üzərinə çıxacaq.
banner

Oxşar Xəbərlər