• şənbə, 20 Aprel, 02:40
  • Baku Bakı 15°C

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayırlar

28.08.17 13:16 1085
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayırlar
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək.
"Report"un məlumatına görə, ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
Azərbaycanı bu çəkilərdə 3 idmançı təmsil edəcək. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan,Leyla Əliyevaisə 1/16 finaldan mübarizəyə başlayacaq.
Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldan çıxış edəcək.
48 kq
1/32 final. Bazarraqça Erdenebat - Aleksandra Pop (Rumıniya)
1/16 final. Leyla Əliyeva - Funa Tanaki (Yaponiya)
60 kq
1/16 final. Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Azərbaycanı ümumilikdə 9 kişi və 8 qadın cüdoçu təmsil edəcək.
banner

Oxşar Xəbərlər