AZE | RUS | ENG |


Azərbaycan cüdo yığması "Böyük Dəbilqə" turnirində 7 medalla ümumi hesabda 2-ci yeri tutub

Azərbaycan cüdo yığması
Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycan cüdoçuları 2 gümüş, 1 bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, gümüş medallara Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) sahib çıxıb.

M. Mehdiyev finalda qazaxıstanlı İslam Bozbayevə uduzub. E.Qasımovun hollandiyalı Mixael Korrellə görüşünün taleyi isə 4 dəqiqəlik əsas bölümdə yox, qızıl xal uğrunda mübarizədə həll olunub. Bu zaman Azərbaycan təmsilçisi passiv güləşdiyi üçün daha bir cərimə xalı alıb və görüşdən məğlub ayrılıb.

Bürünc medalı isə 100 kq çəkidə Elxan Məmmədov əldə edib. O, 3-cü yer uğrunda görüşdə daha bir azərbaycanlı Zəlim Kotsoyevi ipponla üstələyib.

Bu çəkidə qaliblərə mükafatı Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov və Olimpiya çempionu Nazim Hüseynov təqdim ediblər.

Kotsoyevdən əlavə, Abdulhaqq Rəsullu, Tural Safquliyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) də bürünc medal görüşündə uduzaraq, 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. İlk iki yarış günündə Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında Hollandiyadan sonra 2-ci yeri tutub. "Narıncılar" 3 qızıl, 1 gümüş medal qazanıb. 3-cü yeri isə 1 qızıl, 2 gümüş, 2 bürünc medalla Yaponiya tutub.
 
"Böyük Dəbilqə"də 31 ölkədən 182 cüdoçu iştirak edib. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008