• cümə axşamı, 25 aprel, 23:47
  • Baku Bakı 21°C

Azərbaycan çevik sistem halına gətirilib

31.07.20 13:15 484
Azərbaycan çevik sistem halına gətirilib
Prezidentin Şəkidə çıxışı qəti nümayiş etdirdi ki ,pandemiya ilə mübarizə qaydalarına uyğunlaşmaq həm dövlət idarəçiliyinin,həm də cəmiyyətin və tək -tək vətəndaşlarımızın məişət həyatının və fəaliyyətinin tərkib hissəsinə çevrilib. Azərbaycanda konstitusiya və qanun normalarına uyğunlaşmaq vərdiş halını aldığı kimi, pandemiya ilə mübarizənin norma və üsullarına alışmaq da vərdiş halını almağa başlayır.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, faktiki olaraq bu gün Azərbaycan dünyanın çox nadir ölkələrindən biri olaraq elə bir səviyyəni fəth edə bilib ki, koronavirisun dinamikasından asılı olaraq istənilən vaxt sərt karantin qaydalarına keçid edə və ya əksinə, qaydaları yumşalda bilər. Azərbaycan koronavirusun müsbət və mənfi dinamikalarına ən uyğun reaksiyanı göstərmək üçün olduqca çevik sistem halına gətirilib. Pandemiya ilə mübarizədə Azərbaycanın indi əldə etdiyi səviyyə olduqca çətin zəhmətlər hesabına əldə olunsa da müstəsna cari və perspektiv əhəmiyyətə malikdir:
"Hələ vaksinin tapılmadığı və cəmiyyətimizin pandemiya ilə şərikli həyat tərzini nə qədər davam etdirəcəyini kimsənin dəqiq bilmədiyi vaxtda Azərbaycanın əldə etdiyi nəticələrin əhəmiyyəti daha da artır.
Prezident bəzi məsələləri təkrar olaraq xatırlatmaqla əslində pandemiya ilə mübarizədə indiki çevik səviyyənin hansı çətinliklərlə əldə edildiyinin dəqiq mənzərəsini çəkdi.Prezident haqlı olaraq qeyd etdi ki,aylar öncə ölkəmizdə virusun yayılması məhz hesablanmış tədbirlərin sayəsində tam nəzarət altına alına bildi.İlk günlərdən həyata keçirilən tədbirlərin cəmiyyətimiz və Dünya Səhiyyə təşkilatı tərəfindən yüksək qiymətləndirilməsi Prezidentin doğru ifadə etdiyi kimi reallığa birə-bir uyğun qiymətləndirmə idi".
Ekspert bildirib ki, Prezidentin fikirlərində çox diqqətçəkici məqamlardan biri Azərbaycanın pandemiya ilə çevik mübarizə səviyyəsinə məhz nələrin hesabına gəlib çıxması sualına əhatəli cavab verməsidir. Prezident düzgün qeyd etdi ki,bu gün koronavirus xəstələrinin müalicə olunduğu 46 xəstəxananın 41 -i son 16 il ərzində yaradılıb.Prezident bununla bütün dünyaya və cəmiyyətimizə demək istədi ki,bizim pandemiya ilə mübarizədə uğurlarımızın əsas bazasını əvvəlki illərdə yaratdığımız səhiyyə infrastrukturunun imkanlarından məharətlə istifadə etməyimiz oldu: "Prezident əslində son 5-6 ayda Azərbaycanın məhz öz təcrübəsinə söykənən maraqlı hərəkət xəttini təqdim etdi. Bu xəttin məhiyyəti ondan ibarətdir ki,əvvəlcə xəstəliyin nəzarətə alınması üçün gərəkli addımlar atıldı,ardınca ölkəmizin daha əvvəllər planauyğun şəkildə yaratdığı səhiyyə infrastrukturunun bütün imkanları işə salındı, dərhal ardınca isə 6 mindən artıq yeni çarpayı fondunun yaradılmasına yönəlik böyük işlərə start verildi. Prezidentin dediyi 10 modul xəstəxananın ,31 laboratoriyanın yaradılması və bu qəbildən olan digər gərəkli işlər korinavirusla mübarizədə ölkəmizi çevik bir səviyyəyə gətirib çıxaran uğurlu prosesin tərkib hissələridir.Azərbaycanın indi dayandığı səviyyənin həqiqətdə nə qədər çevik olduğunu da Prezident özü bir nümunə ilə klassık ifadə elədi.May ayında dinamikaya uyğun olaraq qaydaların yumşaldılması və sonra yenidən sərtləşdirilməsi barədə Prezidentin sözləri pandemiyanın doğrudan da tam nızarətə alındığına şübhə yeri qoymur.
Bir sözlə,Prezident Şəkidə ölkəmizin pandemiya ilə mübarizədə bütöv bir komanda kimi işlədiyini,zəhmətlərin hədər getmədiyini və istənilən anda gərəkli istiqamətlərə yönəldilə bilən çevik səviyyəyə çatdırıldığını aydın təsvir etdi".
banner

Oxşar Xəbərlər