• cümə axşamı, 18 aprel, 22:43
  • Baku Bakı 21°C

Azərbaycan çempionunun oyunları Braziliya kanalında

13.03.14 11:57 1473
Azərbaycan çempionunun oyunları Braziliya kanalında
Apasport.az saytının məlumatına görə, “Rabitə”nin ev sahibliyi edəcəyi həlledici mərhələni tək Avropada deyil, Braziliya və Asiyada da birbaşa izləmək mümkün olacaq.
Belə ki, Band Sports (Braziliya), Eurosport (Asiya/Sakit okean), Fox Sports (İtaliya), İdman TV (Azərbaycan), NTV + (Rusiya), NTV Spor (Türkiyə), NTV Spor Smart (Türkiyə), OTE Sport 5 (Yunanıstan), Polsat Sport Extra (Polşa), RTS 2 (Serbiya) və SSF (İsveçrə) televiziya kanalları artıq bu hüquqa yiyələniblər. Onların sayının artacağı istisna deyil.
Həmçinin, voleybol oyunlarını göstərməklə məşhurlaşan LAOLA1.tv internet kanalı da matçları canlı yayımlayacaq. Bundan əlavə bir sıra internet portallarının görüşdən birbaşa fotolar da təqdim edəcəyi dəqiqləşib.
Qeyd edək ki, martın 15-16-da keçiriləcək “Dördlər finalı”nda Azərbaycan çempionu ilə yanaşı, “Dinamo” (Kazan, Rusiya), “Əczaçıbaşı” və “Vakıfbank” (hər ikisi Türkiyə) mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər